Təhsil
Təhsil
İki həftəlik məktəb tətili kompensasiya ediləcək
"İnternet tam məhdudlaşdırılmayıb”.
Mumtv.az bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bəzi platformalar işləyir, bəziləri işləmir: "Biz də Təhsil Nazirliyi olaraq bununla bağlı aidiyyatı qurumlarla əməkdaşlıq qurmuşuq, oktyabrın sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. İki həftəlik tətili kompensasiya edəcəyik.
Sadəcə qarşıdakı tətil günlərini qabağa çəkmişik. Təhsil müddəti qısaldılmayıb”.
E. Əmrullayev bildirib ki, son günlər virusun yayılma sürəti daha çoxdur: "Bakı, Sumqayıt şəhərlərində məktəblərə gələn şagirdlər avtobuslardan istifadə edir. Bu zaman da kütləvi yoluxma ola bilər. Ona görə də, iki həftə ərzində gözləmək ən yaxşı qərar ola bilərdi".