Təhsil
Təhsil
İmtahandan 3 nəfər çıxarıldı
Xəbər verdiyimiz kimi, bu gün 10 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib.Mumv.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, 1 nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.