Təhsil

Təhsil müəssisələrində mühafizə xidmətinin təşkili qaydası təsdiqləndi

"Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası” təsdiq edilib. 

Mumtv.az "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar verib. 

Bu Qayda "Ümumi təhsil haqqında” qanunun 12.16-cı maddəsinə əsasən hazırlanmışdır və təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məsələlərini tənzimləyir.

 

Bu Qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir.

Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili

Dövlət ümumi təhsil müəssisəsində (bundan sonra - obyektlər) mühafizə xidmətinin təşkili müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri (bundan sonra - mühafizə hissələri) tərəfindən "həyəcan” siqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir.

Obyektlərin mühafizəsi mühafizə hissələri tərəfindən "həyəcan” siqnalizasiya sistemi vasitəsilə obyektlərə, orada çalışan pedaqoji və texniki heyətə, təhsilalanlara, habelə mühafizə xidmətinin əməkdaşlarına edilə biləcək hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə polis naryadının çağırılması üçün həyata keçirilir.

"Həyəcan” siqnalizasiya sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:

- məlumatvermə sistemləri;

- nəzarət-qəbuledici cihazı;

- radioötürücüyə qoşulan "həyəcan” siqnalizasiyası şleyfi.

"Həyəcan” siqnalizasiya şleyfi aşağıdakı tərkib hissələrindən ibarətdir:

- əyləc;

- düymə; 

- açar; 

- brelok.

Qeyd olunan "həyəcan” siqnalizasiya sisteminin tərkib hissələri obyektlərdə Baş Mühafizə İdarəsi tərəfindən müəyyən edilən tələblərə uyğun müvafiq yerlərdə, o cümlədən istehsalçının təyin etdiyi qaydada quraşdırılır.

Şleyfə qoşulan əyləc elə quraşdırılmalıdır ki, ayaq və ya dizlə kənar şəxslər tərəfindən hiss olunmadan işə salınması mümkün olsun. Şleyfə qoşulan hissələr işə salınarkən hər hansı bir səs verməməli və yaxud bu səs eşidilməz dərəcədə olmalıdır. Şleyfə qoşulan hissələr görünməməli, maksimum gizli şəkildə quraşdırılmalıdır.

Obyektlərin "həyəcan” siqnalizasiya sistemlərinin köməyi ilə müşahidə olunması üçün "həyəcan” siqnalizasiya şleyfi birbaşa siqnalizasiya sistemlərinin son qurğusu (telefon kanalı, radiokanal qurğuları və s.) vasitəsilə Mərkəzi Mühafizə Məntəqəsinə qoşulur və daimi enerji ilə təmin olunması üçün əlavə qida mənbəyi (UPS) quraşdırılır. Mərkəzi Mühafizə Məntəqəsi fəaliyyət göstərməyən inzibati ərazi bölgüsündə olan obyektlərdə quraşdırılmış "həyəcan” siqnalizasiya sisteminin çıxışı xüsusi rabitə vasitələri ilə yaxınlıqda olan polis postunda quraşdırılmış nəzarət-qəbuledici cihazının ayrıca zonasına qoşulur. Obyektlərdə quraşdırılmış "həyəcan” siqnalizasiya sistemlərindən istifadə üçün müəssisənin rəhbəri tərəfindən müvafiq əmrlə müəssisə əməkdaşları sırasından aidiyyəti məsul şəxs (şəxslər) təyin edilir.

"Həyəcan” siqnalizasiya sistemi üzrə məsul şəxsin (şəxslərin) vəzifələri aşağıdakılardır:

- obyektdə baş verə biləcək hər hansı hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə "həyəcan” siqnalizasiyasının işə salınması;

- "həyəcan” siqnalizasiya sisteminin obyektdə quraşdırılmış mexanizmlərinin qorunub saxlanılması;

- sistemin yerləşdiyi yer barədə məlumatın qorunub saxlanılması;

- sistemin vəziyyəti barədə müəssisə rəhbərinin mütəmadi məlumatlandırılması.

Məsul şəxs (şəxslər) sistemin zərurət olmadan işə salınmasına görə məsuliyyət daşıyır. Polis naryadı "həyəcan” düyməsinin köməyi ilə müşahidə olunan obyektlərdən "həyəcan” siqnalı barədə məlumat aldıqda, hadisə yerinə gizlin yaxınlaşmalı, qanun pozucusu aşkar olunduqda özünün, obyektdə olan işçilərin və vətəndaşların təhlükəsizliyini təmin etməklə, onun zərərsizləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət etməlidir.

Özəl və bələdiyyə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili

Özəl və bələdiyyə ümumi təhsil müəssisələri mühafizə xidmətinin təşkili ilə əlaqədar göstərilən bütün mühafizə xidməti növlərindən istifadə edə bilər. Özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin mühafizəsi qanunvericiliyə uyğun təşkil edilməklə özləri tərəfindən, habelə müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri və ya özəl mühafizə müəssisələri tərəfindən "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 


 

 

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər