Şou
Rəksanə Orduya dəstək aksiyası başlatdı
Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova cəbhəyə dəstək olmaq üçün aksiyaya başlayıb.
Mumtv.az bildirir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat verib:
"Şübhəsiz ki, Azərbaycanın güclü ordusu var. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin səyi nəticəsində bu gün ordumuzun heç nəyə ehtiyacı yoxdur. Ancaq mən qəribdə yaşayan, ürəyi xalqı ilə döyünən ana kimi əlimdən nə gəlirsə etmək istəyirəm. Bacardığım qədər ordumuza dəstək olmağa çalışıram. Uzaqda olsam da ürəyim, nəfəsim millətimin yanındadır. Mən də Vətən həsrətimi, qələbə əzmimi bu kiçik aksiyamla bəyan etmək istəyirəm. Yaşasın, Azərbaycan, yaşasın, ordumuz!”
(Yenisabah.az)
Qeyd edək ki, R.İsmayılova bir neçə ay öncə karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım etməklə insanların rəğbətini qazanmışdı.