Şou
Şou
Özünə 4, 5 milyona tarixi villa aldı - Fotolar
Dünyaca məşhur müğənni Miley Krus yeni malikanəsi ilə gündəmə gəlib. Belə ki, o, tarixi villa üçün 4, 5 milyon dollar ödəniş edib.
Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, ifaçı 1950-ci ildə inşa edilən evi müasir üslubda dekorasiya edib. 27 yaşlı sənətçinin qonşuları isə Britni Spirs, Sharon və Ozzy Osbourne kimi dünya ulduzlarıdır.
Geniş bir ərazidə tikilən malikanə 6 yataq və 6 duş otağı, kinozal, hovuz, qonaq otaqları, əyləncə mərkəzindən ibarətdir.