Şou

İnstaqramı
Son illər məşhur simaları ən çox gördüyümüz yer sosial şəbəkə - İnstaqramdır. Onlar bütün açıqlamalarını, ən yeni fotolarını, diqqətlərini çəkən videoları məhz burada yayımlayırlar. Bəziləri İnstaqramı evləri kimi təmiz, bəziləri isə zibil qutusu kimi çirkli saxlayır.

Mumtv.az bildirir ki, Axşam.az İnstaqram səhifəsini çirkli işlədən şou-biznes nümayəndələrinin siyahısını hazırlayıb.

 

Xalq artisti Brilliant Dadaşovanın İnstaqramında özünə aid olan bir dənə səliqəli foto görmək mümkün deyil. Müğənni gah arxiv görüntülərini, ya keyfiyyətsiz fotolarını, ya da fərqli məlumatlar yayımlayır. Hamısı da keyfiyyətsiz formada. Digər tərəfdən isə Dadaşovanın yazdığı şərhlər diqqət çəkir. Qrammatik səhvlərlə dolu olan cümlələri bəzən başa düşmək çox çətin olur.

 

İnstaqramı çirkli işlədən sənət adamı deyəndə, ağla ilk müğənni Nigar Camal gəlir. Sənətçi öz fotolarından çox pozitiv videolar, şəkillər paylaşır. Nigar hətta çox vaxt ünvanına yazılan tənqidləri də bağlamır.

Müğənni-bəstəkar Murad Arifi də İnstaqramı çirkli olanlar sırasına daxil edə bilərik. Sənətçi daha çox çəkdiyi videoları yayımlayır. Fotolarının əksəriyyəti isə keyfiyyətsiz olur.

İnstaqramda ən çirkli səhifəsi olanlar sırasında yarış keçirilsə, yəqindi Əməkdar artist Rühəngiz Allahverdiyeva rekorda imza atardı. Müğənni daha çox öz fotolarını yayımlayır. Amma onlar arasında bir dənə də olsun keyfiyyətlisi yoxdur.

Əməkdar artist Ruhəngiz Musəvinin də İnstaqram səhifəsi zibil qutusuna bənzəyir. Müğənni arxiv və keyfiyyətsiz şəkilləri ilə hər gün izləyicilərinin görüşünə gəlir.

Əməkdar artist Elza Seyidcahan da İnstaqram səhifəsini çirkli işlədənlərdəndir. Müğənni daha çox əlavə videolar yayımlayır. Öz şəkillərini yerləşdirəndə isə onların keyfiyyətinə heç əhəmiyyət vermir.

Müğənni Xatun Əliyeva da İnstaqram profilində səliqə-səhmana fikir verməyənlərdəndir. Nə gəldi paylaşan sənətçinin öz fotolarının da əksəriyyəti səliqəsiz olur.

Müğənni Nadir Qafarzadənin İnstaqram səhifəsində bir dənə də olsun təmiz fotosunu tapmaq mümkün deyil. Sənətçi videolar, keyfiyyətsiz şəkillər yayımlayır. Öz şəxsi fotolarını isə o qədər fotoşop edir ki, elə bil üzünə tor çəkiblər. Hələ Qafarzadə paylaşımlarının əksəriyyətini silir.

Əməkdar artist Könül Kərimova İnstaqram səhifəsində tez-tez paylaşım etməsə də, çox izləyicisi olanlar sırasındadır. Müğənni bəzi hallarda keyfiyyətli fotoları ilə diqqət çəksə də, əksər paylaşımları çirklidir.

Müğənni Xatirə İslamı da bu siyahıya daxil edə bilərik. İfaçının İnstaqramını açanda öz sənəti ilə bağlı paylaşımlardan çox reklamlara rast gəlinir. Öz fotolarını belə yayımlayanda Xatirə ya paltarını, ya saçını, ya da ayaqqabı və çantasını reklam edir. Müğənninin İnstaqramı reklam bilbortlarını xatırladır.

Müğənni-bəstəkar Ramal İsrafilovun İnstaqram səhifəsindən isə heç baş açmaq olmur. Sənətçinin öz fotosunu burada lupa ilə axtarsan bəlkə tapa bilərsən. Ramal daha çox videolar yayımlamağa üstünlük verir.

Müğənni Natavan Həbibinin də İnstaqram səhifəsindən baş açmaq qəliz məsələdir. Müğənni şəxsi və keyfiyyətli fotolarını çox az paylaşır. Daha çox övladının və reper həyat yoldaşının videolarını yayımlayan natavan da keyfiyyətə önəm vermir.

Əməkdar artist Sevda Ələkbərzadə isə paylaşımlarının ağına, bozuna baxmır. Onun İnstaqram səhifəsi müğənnidən çox, bir bloqqerin, həvəskar jurnalistin divarını xatırladır.


Son xəbərlər

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Bütün xəbərlər