Sosial

Bakıda insanları daha da borca salan cihazlar peyda olub – FOTOLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Son günlər paytaxt Bakının bir neçə yerində, əsasən də marketlərdə yeni cihazlarla qarşılaşırıq. Bəziləri bu cihazların faydalı, bəziləri isə vətəndaşların borc batağına salınması üçün yeni üsul olduğunu deyir.

MUMTV.az xəbər verir ki, söhbət "Azpulmanat” şirkətinin eyni adlı borclanma cihazlarından gedir. Belə ki, vətəndaşlar bir neçə dəqiqə ərzində tək şəxsiyyət vəsiqəsi ilə bu cihazlardan pul götürə bilirlər.

Sistemin işləmə prinsipinə gəlincə, borclanmaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır və beləcə proses start götürür. Aparatda heç bir insan amili yoxdur. O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur. Bu barədə şirkətin rəsmi saytı olan "Azpul.az” saytında məlumat verilib. Amma…

Şəxsiyyət vəsiqəsini qeyri-dövlət qurumuna, yeni qurulan, şəxsi saytları belə yetərincə qorunmayan şirkətə etibar etmək olarmı? Sizin şəxsi bilgilərinizə tamamı ilə sahib olan sistem nə qədər mükəmməldir?

Bakıda insanları daha da borca salan cihazlar peyda olub – FOTOLAR


Şirkət sizin bilgiləriniz sayəsində sizə veriləcək pulun məbləğ və faizini tərtib edir. Deməli həmin bilgilər istənməyən əllərə keçsə ciddi problemlər yarada bilər.
Yaranan bəzi suallarla bağlı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, bu sistem maaşa qədər xalqımıza yardımdır: «Minimum 5, maksimum 21 gün müddətində pul verilir. Sizin tutaq ki, 20 manata ehtiyacınız var. Şəxsiyyət vəsiqənizlə cihaza yaxınlaşırsınız, uyğun bölməyə sənədi yerləşdirirsiniz, sistem onu scan edir. Bundan sonra əlaqə nömrənizi yazırsınız, sizə xüsusi məlumat və şifrə gəlir. Bu şifrəni yazıb, 20 manatı dərhal götürə bilirsiniz. Sizə borc alma tarixçəniz açılır. Tarixçəniz düz olduqca məbləğ artır, faiz az olur.

Bakıda insanları daha da borca salan cihazlar peyda olub – FOTOLAR


Siz götürdüyünüz pulu 5 gündən sonra 22 manat şəklində geri ödəyirsiniz. Sistem sizin tarixcənizi incələyir. Bunun sayəsində sizə veriləcək növbəti məbləği təyin edir və ona uyğun pul götürə bilirsiniz. Minimum 20, maksimum 1000 manat məbləğində pul götürə bilərsiniz. Ancaq ümumi kredit sayı 3 dəfədir».

Bakıda insanları daha da borca salan cihazlar peyda olub – FOTOLAR


Təhlükəsizlik məsələsində isə, məlumat verildi ki, heç kim başqasına aid olan şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilməz: «Cihazlarda yerləşdirilən kamera vasitəsi ilə sistem tanıma işləmi aparır. Əgər şəxsiyyət vəsiqəsinin sahibi ilə pul götürməyə çalışan eyniş şəxs deyilsə sistem xidməti dayandırır, ödəniş etmir. Hər şey tamamı ilə qanunidir. Bir daha qeyd edirik ki, bu xalqımıza yardım etmək üçün qurulmuş özəl şirkətdir.

Əgər kimsə borc götürən şəxs ödənişi gecikdirsə onun tarixcəsində problem yaranır və ikinci dəfə pul götürən zaman məbləğ az veriləcək. Tamamı ilə pul ödəməyən, yəni kimsə pulu götürdü, amma ödəmədi. Bu zaman işə məhkəmə qarışır. Şirkət məhkəmə vasitəsi ilə həmin şəxsdən pulunu geri alacaq».

Bakıda insanları daha da borca salan cihazlar peyda olub – FOTOLAR


Hazırda pul götürmək üçün cihazların önündə hər gün onlarla dam növbədə dayanır. Çoxunun da bu pullara mütləq ehtiyacı var. Geri qaytarmaq haqqında isə heç biri düşünmür. Bu da borcluların daha da artmasına yol açır. Belə çıxır ki, bu sistem deyildiyi kimi vətəndaşlara kömək yox, onları daha da borca batırmaq üçün yarayır./Minval.info

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər