Sosial

Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı – SƏSYAZISI
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə göndərməyə maşın tapılmayıb.

MUMTV.az xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu (İbrahimov) məlumat verib. O, xəstənin həyatına laqeyd yanaşan Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarının cəzalandırılmasını istəyib:

"Dünən noyabr ayının 11-i saat 22:26 radələrində həyat yoldaşım antibiotik dərman qəbul etdiyi üçün alerqik reaksiya vermişdi. Tənəffüsündə kəskin problem yaranmışdı, ürək döyüntüləri artmışdı, əlləri yığılmağa başlamışdı. Xırdalan şəhərində kirayədə yaşadığım üçün(özüm Bakı şəhərində qeydiyyatdayam) ərazi üzrə Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng etdim. Vətəndaşa qarşı gördüyüm biganə münasibət məni sarsıtdı.Deməli dispetçer həkimə dərdimi deyirəm, o da yanındakılardan soruşur. Bu da qalsın bir tərəfə.Dəstəyi götürən digər xanım işçi bildirir ki, hazırda maşınlarımız çağırışdadı, maşın yoxdur. Özünüz xəstəni aparın. Məsləhət gördülər ki, Ak. M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanaya müraciət edək. Sonra xəstəni taksi tutaraq aparmışam deyilən xəstəxanaya. Orada da xəstəyə biganə münasibətin şahidi oldum.Hər tibb işçisi bir söz dedi.Sonra bir əlil arabası verdilər ki, xəstəni reanimasiyaya aparın.Liftə minəndə xanım işçi qeyd elədi ki, sizə burada yardım göstərə bilməyəcəklər. Ən yaxşısı gedin Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə.Yenidən bir taksi tutub (Xəstəxananın həyətində təcili Tibbi Yardım avtomobili olduğu halda) deyilən xəstəxanaya getdim.Sağ olsunlar ki, Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsində lazımı tibbi yardım göstərildi. Mənə maraqlı olan odur ki, mənim həmin vaxt üstümdə pul olmasaydı mən xəstəmi necə maşın tutub aparacaqdım xəstəxanaya?Ya maşın tapıb xəstəmi xəstəxanaya çatdıra bilməsəydim nə olacaqdı?Bu vətəndaşa qarşı necə biganə münasibətdir?

Bu gün səhər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9103 "Qaynar xətti”nə zəng edib məlumat verdim. Sonra araşdırıb mənə cavab dedilər ki, həmin vaxt zəng edəndə maşın olmayıb. Sonradan da guya mənə zəng ediblər mən Təcili Tibbi Yardım maşınından imtina etmişəm.Halbuki elə bir məsələ olmayıb.İndi xahiş edirəm həmin təcili tibbi yardım stansiyasının vətəndaşa laqeyd yanaşan tibbi personalı cəzalandırılsın.”/Turkustan.info


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər