Sosial

"Elə şadlıq sarayları var ki, 1 stulun qiyməti 150-200 manatdır, o pulla..." — Jurnalistdən ETİRAZ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Özbəkistan Ali Məclisinin Senatı ölkədə toy və yas mərasimlərinin keçirilməsi qaydaları haqqında nizamnaməni qəbul edib.


Yeni qaydalara əsasən, vətəndaşlar bir gündən artıq toy edə bilməzlər. Qonaqların sayı maksimum 200 nəfər olmalıdır. Toyu hər iki tərəf birgə etdikdə isə bu hədd 300-ə çata bilər. Toy karvanında yalnız 3 maşın ola bilər. Lisenziyası olmayan maşınlardan istifadə etmək qadağandır. Nikaha daxil olanlar toy haqqında əvvəldən yerli hakimiyyət orqanlarına xəbər verməlidirlər. Toy axşam saat 23:00-da başa çatmalıdır. Milli ənənələrə zidd olan şoular, toydan əvvəl və sonra keçirilən, əlavə xərc tələb edən mərasimlər də qadağan edilir.


Bizdə də evlənən gənclər kifayət qədər xərc çəkirlər. Restoranından tutmuş fotosessiyasına qədər bir çox hazırlıqlar görürlər.


Bəs belə bir qanunun ölkəmizdə də qəbul olunması necə olar?


MUMTV.az xəbər verir ki, mövzu ilə bağlı Azadinform-a Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə münasibət bildirib: "Azərbaycanda toy adətlərinin dəyişdirilməsinə ehtiyac var. Hazırda toy biznesindən ancaq şadlıq evləri qazanır. Toy etmək o qədər bahalı mərasimə çevrilib ki, bəzi gənclər subay qalmağa üstünlük verirlər. Elə adamlar tanıyıram ki, toydan sonra şadlıq evinə 15-20 min manat pul ödəyib. Təbii ki, həmin pul qonaqların cibindən çıxıb


Elə şadlıq sarayları var ki, 1 stulun qiyməti 150-200 manatdır. Bir dəfə efirdə də dedim, o pula – 200 manata Bərdədə 2 quzu almaq olar. Mən bir gündə 2 quzu yeyən adama oxşayıram?


Restoran sahibi məndən niyə 2 quzunun pulunu almalıdır? Deyirlər ki, masanın üstünə 60 cür nemət düzürük. Bunun adı israfçılıqdır. Axşam 6-dan gecə 12-yə kimi dayanmadan yeyib-içmək olar? Əcnəbilər bizim toylarda iştirak edəndə elə bilirlər ki, azərbaycanlılar aclıqdan çıxıblar. Zövqsüz musiqilər, səs-küy isə toylarımız üçün xarakterik olan başqa bir problemdir. Əvvəllər toya istirahət etməyə gedirdik. İndi toydan gələndə iki gün adamın başı ağrıyır. 


Bu gün elə acınacaqlı vəziyyətdir ki, insanlar dəvətnaməyə, "dəhşətnamə” deyirlər. Bəzən mənə elə gəlir ki, bəzi insanlar toya gedəndə o qədər deyinirlər ki, bu səbəbdən də ailə quran gənclərin çoxu xoşbəxt ola bilmir”./Mia.az


Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər