Siyasət

Parisdən riskli Qarabağ gedişi: Senat bunu itirib...
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
 

Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu mövqe, əslində tam mövqesizlikdir, hüquqtanımazlıqdır. Fransanın bu mövqeyə (mövqesizliyə) istinadən etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. İlk növbədə ona görə ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birdir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur.

İkincisi, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir – yəni ədalətli sülh arayışına əsas məsuliyyət daşıyan 3 ölkədən biridir. Fransa hakimiyyəti bu mandatın fərqində olmağa borcludur.

Üçüncüsü, Fransa Qafqaz dövləti deyil, Qafqaz dövlətləri ilə həmhüdud deyil; hətta ermənilərlə, azərbaycanlılarla, ümumən Qafqaz xalqları ilə etnik, mədəni bağlara malik deyil. Belə olduqda neytral qalmaq, əsl vasitəçi ləyaqəti göstərmək üçün heç bir bəhanəyə yer qalmır.

Bütün bu faktlara, məsuliyyət bölgüsünə baxmayaraq, Fransa ikili standartlarla davranmağı, anti-Azərbaycan ovqatını siyasi müstəvidə möhkəmləndirib, hüquqi müstəviyə daşımaq yolu tutmağı özünə yaraşdırır. "Hüquqi müstəvi” deyirik, əslində, tam "hüquqazidd müstəvi” deməliyik.

Fransa Respublikası Senatında qondarma "artsax”ın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qarşı qəsddir. Bunun başqa izahı varmı? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına qarşı çox kobud müdaxilə cəhdidir. Bunlar Qafqazın iki dövləti arasında ədalətli sülh arayışının elementar tələblərinə cavab verirmi? – Əsla, yox! Özü də bütün bu hüquqtanımazlıqlar nə zaman baş verir? – Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə… Fransa 44 gün ərzində də erməniyönlü mövqe tutmuşdu, Fransa Ermənistan-Azərbaycan elan olunmamış müharibəsinə münasibətdə, demək olar, həmişə Ermənistanın yanında durub. Ona görə, heç olmazsa, müharibənin başa çatıb, siyasi çözümün başladığı dövrdəsə Fransa öz dövlət imicinin, vasitəçi mandatının qayğısına qalmağa borcluydu.

Fransanın hazırkı beynəlxalq hüququtanımazlığı ədalətlə, humanizmlə, beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Bu, bitmiş müharibəni yenidən başlamaq fitnəkarlığıdır. Bu, tərəfləri yeni qanlı toqquşmalara təhrik etmədən başqa bir şey deyil. Bu, hazırkı Fransa hakimiyyətinin gələcək nəsillər qarşısında tarixi yanlışlığı olub, humanizm prinsiplərini çeynəməyin ta özüdür. Bu, ATƏT-in Minsk Qrupunda həmsədrlik institutuna, yaxud tərkibə mütləq şəkildə baxmağın qaçılmazlığından xəbər verir. Artıq Fransa həmsədr olma hüququnu özü öz əməlləri ilə itirib.

Beləliklə, bir qrup ermənipərəst, islamafob, anti-türk, anti-Azərbaycan ovqatlı senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən "Dağlıq Qarabağ Respublikası”nın tanınmasının labüdlüyü” adlı bədnam qətnamə fransız mədəniyyətinə, respublikaçılığa, sülhyaratma mandat-missiyasına, Qərb demokratiyasına... üzr istəyirəm, tüpürməkdir. Qondarma "respublika”nın tanınması ilə bağlı bu bədnam qətnamənin Fransa Senatında qəbul edilməsi Azərbaycan Respublikasının Fransanın özü də daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq-açığına kobud müdaxilədir. Bu ədalətə, hüquqa, əməkdaşlığa, bir sözlə, dövlətlər, xalqlararası münasibətlər sisteminə həqarətdir. Bu həqarət, tarixi yanlışlığa qol qoyan, səs verən bütün senatorların vicdanında qara ləkə olaraq qalacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı ən məşhur sənəd BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Həmin qətnamələri heçə sayan Fransa özü də həmin qətnamələrin qəbul edilməsinə səs vermişdi. – Deməli, Fransa Senatının bu addımı özünüinkar anlamı daşıyır.

Sirr deyil ki, sözügedən bədnam sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın belə bir bədnam qətnamə qəbul etməsinə bəraət qazandırmır.

O da sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxmasına, özünün arxa planda qalmasına razı deyil, bundan narahatdır. Ancaq duruma obyektiv əsaslarla baxmaq lazımdır və Fransanın özünün özünə etdiklərinə görə başqaları cavab verməyə borclu deyil.

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunması ilə bağlı guya hansısa problemin mövcudluğu haqda fransız narahatlığına gəldikdə isə... bu, ən yumşaq ifadə ilə desək, gülünc iddiadır. Fransa 27-30 il boyu Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarındakı, yaxud Ermənistan ərazisindəki dini, tarixi, mədəni abidələrimizə qarşı törədilmiş vandalizmi nə üçün görmür? Yoxsa bizim abidələri dağıtmaq olar və bu, fransızlar üçün problem sayılmır? Ötən illər ərzində işğal olunmuş ərazilərdə islam dininə xas abidələrin barbarcasına dağıdılmasına, qədim albanlara məxsus dini, tarixi məbədlərin erməniləşdirilməsinə Fransa daxil bir çox dövlətin, beynəlxalq təşkilatların səssiz qalmasını hansı kitaba yazaq? Guya Fransada bilmirlərmi ki, Azərbaycan Respublikası multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərdə dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcək. – Bu, bizim dövlətin xarakteridir. Belə tolerant davranış bizim milli xüsusiyyətimizdir, biz bunu kiməsə, nəyəsə görə etmirik. Buna dair onlarla fakt var və o faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanda etnik və dini zəmində tolerantlıq nəinki monoetnik, qeyri-tolerant Ermənistan cəmiyyəti ilə, bir çox Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir.

Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud durumu dediklərimizə bariz örəkdir.

Onu da deyək ki, Fransa hökuməti adından bildirilən rəsmi açıqlamada Fransa Senatının dünən qəbul etdiyi bədnam qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirilib: "Bu, Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil”.

Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək.

Fransa boyda bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməliydi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, Senatın qətnaməsi bizimçün bir kağız parçasından artıq deyil və heç bir təsiri ola bilməz.

Bu qətnamənin qəbulundan Azərbaycan hansısa fövqəladə itkilərə məruz qalmayacaq, bəlkə Fransanın özünün itirəcəkləri olacaq. Və Ermənistan hakimiyyəti də sanmasın ki, qazanan tərəf olacaq. Uğursuz bir dövlət, məğlub dövlət bir qətnamə ilə dirçələ bilməyəcək, əksinə, gələcək danışıqlarda onu birtərəfli qaydada müdafiə edən Fransa da tam etibarsız tərəf olacaq. Azərbaycan Respublikasının ərazisində yaşayan ermənilər də bundan bir qazanc gözləməsin. Onların qazancı (əgər əldə edə bilsələr) "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” olardı...

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

(Axar.az)

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər