Siyasət
Siyasət
Xocavənd istiqamətindəki alay komandiri fərarilik edib
Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
Mumtv.az bildirir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.