Siyasət

Kamran Əliyev Böyük Britaniyanın səfiri ilə görüşüb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Noyabrın 2-də Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, bu əlaqələrin günügündən daha da inkişaf etdiyini qeyd edib.

Baş Prokuror, sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini bildirib. Xüsusilə vurğulanıb ki, ümumilikdə mülki əhalidən 91 nəfər həlak olub, onlardan 27-i qadın, 11-i uşaq olub, 404 nəfər yaralanıb, onlardan 102-i qadın, 50-i uşaq olub, 2488 yaşayış evinə, 97 çoxmərtəbəli binaya və 461 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

 

Kamran Əliyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində başlanmış  cinayət işləri barədə qonağa məlumat verib.

Baş Prokuror, səfir Ceyms Şarpa Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etməsinə, habelə Birləşmiş Krallıq tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə zərər çəkmiş mülki şəxslərimizə göstərdikləri maliyyə dəstəyinə görə də öz təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Böyük Britaniyanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Səfir ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyini diqqətə çatdırıb.

Konflikt zamanı mülki şəxslərin, xüsusən də münaqişə zonasından kənarda yaşayan dinc əhalinin həlak olmasına görə məyus olduğunu bildirərək, ölkəsi tərəfindən bu kimi halların daim qətiyyətlə pislənildiyini diqqətə çatdırıb.

Daha sonra hər iki ölkənin prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə əməkdaşlıq, hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

(Apa.az)
Kamran Əliyev Böyük Britaniyanın səfiri ilə görüşüb
Kamran Əliyev Böyük Britaniyanın səfiri ilə görüşüb
Kamran Əliyev Böyük Britaniyanın səfiri ilə görüşüb

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər