Siyasət

Sahibə Qafarova BMT nümayəndəsilə görüşdü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Bu barədə Milli Məclisin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Spiker qonağı salamlayaraq deyib ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük önəm verir. O, təşkilatın Bakıdakı ofisinin ölkədə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Sədr BMT-nin bu münaqişəyə dair qəbul etdiyi 4 qətnamənin bugünədək yerinə yetirilməməsini təəssüf hissi ilə qeyd edib. Bildirilib ki, Ermənistan BMT kimi nüfuzlu bir təşkilatın qərarlarına məhəl qoymayaraq, işğalçılıq siyasətindən əl çəkmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib. Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir. Bu da regionda gərginliyin artmasına səbəb olur.

Spiker Ermənistan silahlı qüvvələrinin Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoyduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib.

Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar Milli Məclis bir sıra ölkələrin parlamentlərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

Sədr deyib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Ermənistan isə hər dəfə beynəlxalq hüquqa məhəl qoymadığını öz davranışları ilə bütün dünyaya nümayiş etdirir.

BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai səmimi görüşə və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda yaranmış vəziyyət haqqında ətraflı məlumata görə Milli Məclisin Sədrinə təşəkkür edərək münaqişə ilə bağlı təmsil etdiyi qurumun mövqeyini bir daha diqqətə çatdırıb. Qulam İsakzai problemin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.

Sonra qonaq qlobal pandemiya - COVID-19-a qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini və gördüyü işləri təqdir edib. Qeyd edilib ki, bu məsələdə BMT-nin Bakı ofisi TƏBİB ilə daim əlaqə saxlayır və növbəti illər üçün Azərbaycan dövləti ilə birgə görüləcək işlərin planı hazırlanır.

Görüşdə BMT ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər