Siyasət

Ermənistan prezidenti Armen Sarkisyan "Əl Cəzirə” telekanalının efirində müxtəlif ölkələrdən olan ermənilərin Dağlıq Qarabağda döyüşdüklərini etiraf edib. O vurğulayıb ki, həmin muzdlular etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur, Ermənistan müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edir. Onun sözlərinə görə, bu ermənilər ABŞ, Fransa, Ukrayna və Rusiyadan ola bilərlər. Bu fikirləri ilə Armen Sarkisyan Ermənistanın hərbi potensialının zəif olduğunu, orduda şəxsi heyət çatışmazlığını, başqa ölkələrdən muzdluların, həmçinin terrorçuların hərbiyə cəlb edildiyini açıq şəkildə etiraf edib.

Maraqlıdır, A.Sarkisyanın bu etirafından sonra Ermənistan beynəlxalq təzyiqlərə məruz qala bilərmi?

"Biz öz torpaqlarımızı azad edirik və edəcəyik"

Mumtv.az bildirir ki,məsələ ilə bağlı Yenisabah.az-a danışan politoloq Fikrət Sadıxov qeyd edib ki, Ermənistan prezidentinin belə bir şeyi etiraf etməsi faktiki olaraq onun terrorçuluğu dəstəklədiyini göstərir:

"Deməli, muzdlular gəlib erməni vətəndaşlarının əvəzinə vuruşmalıdır. Bu çox maraqlı bir məntiqdir. Halbuki, onlar buraya (red. Azərbaycana) guya Suriyadan terrorçuların gəlməsi barədə saxta məlumatı eşidəndə böyük hay-küy qoparırdılar. Təbii olaraq ermən rəsmisinin məntiqini qəbul etmək mümkün deyil. Çünki belə bir etirafı birbaşa dövlət başçıları səsləndirib. Birmənalı şəkildə başqa bir dövlətin vətəndaşı Dağlıq Qarabağın ərazisində vuruşa bilməz. Söhbət Azərbaycanın torpaqlarından gedir. Biz öz torpaqlarımızı azad edirik və edəcəyik. Bizə nə muzdlu, nə terrorçu, nə də digər regiondan gələn ölkə vətəndaş lazım deyil. Görünür, Ermənistanda vəziyyət o qədər gərgindir ki, onlar bütün məqamlara əl atırlar. İlkin məlumata görə, onlar qadınları da müharibəyə cəlb etmək istəyirlər və edirlər. Bütün vasitələrdən istifadə etmək istəyirlər. Fikrimcə, bunu dünya ictimaiyyətinə çatdırmaq lazımdır”.

"Bu, açıq şəkildə Cenevrə konvensiyasına zərbədir"

Politoloq vurğulayıb ki, Ermənistan prezidentinin dediklərini dünyanın eşitməsi üçün biz informasiya sahəsində daha çox hücumedici addımlar atmalıyıq: "İnformasiya savaşında da hücuma keçməliyik. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin siyasətçiləri də bu informasiyaları eşidib başa düşməlidirlər ki, ermənilərin real siyasəti budur.  Biz onu müəyyən beynəlxalq təşkilatlar tərəfindən qabardıb hansısa bir gündəliyə çıxara bilərik. Çünki bu, açıq şəkildə Cenevrə konvensiyasına zərbədir. Bunu əgər normal düşüncəli siyasətçi başa düşürsə, onlara təzyiq etmək olar. Lakin belə mürəkkəb şəraitdə əsas aparıcı qüvvəyə üç dövlət sahibir: Rusiya, ABŞ, Fransa. Onlar Ermənistanı dəstəkləməsələr də neytral mövqedə dayanıblar və bizi sülhə çağırırlar, masa arxasına əyləşdirmək istəyirlər. Ona görə də belə şəraitdə bu çətin məsələdir. Amma biz buna nail olmaq üçün əlimizdən gələni etməliyik”.


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər