Siyasət

Mövcud gərginlik fonunda ölkəmiz hərbi əməliyyatlara başlasa, Ermənistan BMT və ya digər bir quruma şikayət edə bilməyəcək. Çünki Azərbaycan torpaqlarının işğala məruz qalması BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrində öz əksini tapıb. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında bu məsələni bir daha gündəmə gətirməsi olduqca vacibdir.

Mumtv.az bildirir ki,bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələri açıq şəkildə işğalçının kim olduğunu göstərir:

"Ölkə başçısı BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması üçün yenilənmiş zaman qrafiki tərtib edilməli olduğunu bildirdi. Düşünürəm, bu, haqlı və yerində bir tələbdir. Çünki BMT-nin müvafiq təsisatları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına və azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına töhfə verməlidir.

BMT-in nizamnaməsi müxtəlif fəsillərdən ibarətdir. 7-ci fəslin adı belə gedir: Beynəlxalq sülhün təhlükəyə düşməsi. 7-ci fəslə görə qəbul edilən qətnamələr məcburi icra gücünə sahibdir. Yəni bu fəsil üzrə qəbul edilən qətnamələr əgər yerinə yetirilməzsə, BMT üzv ölkələr ilə birlikdə qətnamələrin hərbi yolla icrasını reallaşdıra bilər. Misal üçün 1980-1988-ci illər İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə baxmayaraq, İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı hərbi təcavüzə başlayır. İraq hökuməti sübut etməyə çalışmışdı ki, Osmanlı imperiyası dövründə Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş, sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə vilayətindən qoparılmışdır. BMT-nin Təhlükəsizlik Şurası İraqa zəbt etdiyi ərazidən öz qoşunlarını geri çəkmək üçün 1991-ci ilin 15 yanvarına qədər vaxt vermişdi. Bu istiqamətdə müvafiq qətnamə də qəbul edilmişdi. Lakin rəsmi Bağdadın qətnaməni tanımaması və riayət etməməsi nəticəsində yanvarın 16-dan 17-nə keçən gecə şərti adı "Səhrada tufan" əməliyyatı ilə tərkibi, əsasən, ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi kontingent Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başladı.

Bu gün Ermənistan da BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirmir. Lakin təəssüf ki, BMT bu qətnamələrin icra olunmamasına görə hərbi müdaxilə variantına əl ata bilməz. Çünki Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilən 4 qətnamə BMT nizamnaməsinin 6-cı fəslinə görə qəbul edilib. Yəni bizim qətnamələr güc tədbiq edilən qətnamələr deyil.

Lakin bunun da özünəxas üstünlükləri var. Birincisi, qətnamə Azərbaycan torpaqlarının işğala məruz qalmasını təsdiqləyir. Yəni ermənilər heç vaxt deyə bilməyəcək ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Bundan 30, 40, 50 il sonra belə Ermənistanın bu torpaqlar üzərində hüquqi haqqı tanınmayacaq”.


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər