Siyasət

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov 21-22 sentyabr tarixlərində ölkəmizi beynəlxalq tədbirdə təmsil edib.

Mumtv.az Lent.az-a istinadən bildirir ki, "Nifrət Nitqi, Sosial Media və Milli Azlıqlar” mövzusunda Avropa Regional Forumu ("Regional Forum”) 21 - 22 sentyabr 2020-ci il tarixlərində baş tutub. Bu barədə məlumat verən internet-media ekspert Səbuhi Abbasov Forum çərçivəsində mühüm qlobal məsələlərə toxunulduğunu dedi: "Bu Forumda dünyanın tanınmış siyasətçiləri, ekspertləri, QHT və media rəhbərləri çıxış etdilər. Bir sıra mühüm məsələlər ətrafında polemikalar aparıldı. Mən də öz növbəmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, onlar arasında minlərlə azsaylı xalqların nümayəndələrinin olduğunu dedim. Eyni zamanda, işğal nəticəsində Azərbaycan mədəniyyətinin inciləri ilə yanaşı, azsaylı xalqlara məxsus tarixi abidələrin məhv edildiyini, saxtalaşdırıldığını qeyd etdim.”

Məlumat üçün qeyd edək ki, Regional Forum Birləşmiş Millətlər Təşkilatının milli azlıqlar məsələləri üzrə Xüsusi Məruzəçisi tərəfindən çağırılır. Forum, eyni zamanda, Avstriya Respublikasının Federal Nazirliyi və Tom Lantos İnstitutu tərəfindən bir sıra regional təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil edilmişdir: EURAC Araşdırma, Avropa Azlıqların Məsələləri Mərkəzi, Avropa Millətlərinin Federal Birliyi, Ludwig Boltzmann İnstitutu, Azlıqların Hüquqları Qrupu, Mədəniyyətlərarası Fəaliyyət üzrə birlik və ZARA.


Son xəbərlər

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Bütün xəbərlər