Siyasət

Ermənilər pilotsuz uçuş aparatlarını Çin və Rusiya ilə yanaşı, Belarusdan da alırlar. Bizim həmin aparatları müəyyən etməyimiz çox asandır.

Mumtv.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında ermənilərin daha bir PUA-sının Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilməsinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib. O, təkcə Tovuz hadisələrindən bu günədək düşmənin 10 pilotsuz uçuş aparatının məhv edildiyini söyləyib.

"Avqustun 6-da ermənilərin daha bir pilotsuz üçan aparatı vuruldu. Bu, düşmənin növbəti primitiv addımıdır. Onlar həmin aparatı "pilotsuz uçuş aparatı" kimi təqdim edir. Amma elə də əhəmiyyətli aparatlar deyil. Azərbaycan HHQ iyul ayında Tovuz istiqamətində təxribatlar törədən zaman ermənilərin ən azı 10 pilotsuz üçuş aparatını məhv edib. Bu aparatların məhv edilməsi bizim HHQ üçün çox asandır. Sadəcə, ermənilər hər dəfə buna niyə cəhd edirlər, anlaya bilmirəm”, - deyə o qeyd edib.

Ü.Cəfərovun sözlərinə görə, ermənilərdə olan uçuş aparatları əsasən Rusiya istehsalıdır:

"Bizim vurduğumuz pilotsuz uçuş aparatları arasında Çin istehsalı olanlar da olub. HHQ-nin bu uçuş aparatlarını aşkar etməsi çox asandır, amma bizim İsraildən alınan pilotsuz uçuş aparatlarını müəyyən etmək çox çətin və hətta mümkünsüzdür. Ermənilər özləri də bunu dəfələrlə etiraf ediblər. Bu yaxınlarda ermənilərlə rusların birgə keçirdiyi hərbi təlimlərdə məhz pilotsuz üçan aparatlarının müəyyən edilməsi istiqamətində çalışıldı. Çünki ermənilər həm 2016-cı ildə, həm də 2020-ci ildə Tovuz istiqamətində çox əziyyət çəkdilər, texnika itirdilər. Tovuz hadisələrində bizim Hava Hücumundan Müdafiə qüvvələrimizin vurduğu pilotsuz təyyarə Rusiya şirkətinin istehsalı idi. Qanad açdığı eni 3,3 metr, uzunluğu isə 2.1 metr idi. Uçuş sürəti isə 85-115 km/saatdır. 130 kilometr dərinliyə nüfuz edərək 8 saat havada qala bilir. Son 5 ildə ermənilər bu şirkətdən pilotsuz uçuş aparatları alıblar. Bizim pilotsuz uçuş aparatlarının havada qalmaq imkanı on saatlarla ölçülür. Uzun məsafəyə nüfuz edə, daha yüksək mövqelərdən məlumatlar əldə etmək imkanlarına malikdir”.

Hərbi ekspert ermənilərin pilotsuz uçuş aparatları ilə bağlı daha bir maraqlı məlumat verib. Deyib ki, ermənilər Çin və Rusiya ilə yanaşı Belarusdan da bu cür aparatlar alıblar. Amma İsrail onlara pilotsuz uçuş aparatları satmayıb: "Belarusdan alınan aparatlar əsasən kənd təsərrüfatında və hərbi ilə bağlı olmayan sahələrdə istifadə olunmuş aparatlardır. Belə deyək ki, dronların bir az modernləşdirilmiş formasıdır. Üzərinə kameralar yerləşdirilir və onlayn qaydada kəşfiyyat xarakterli uçuşlar həyata keçirilir”.


Son xəbərlər

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Sel və ildırım 43 nəfərin həyatına son qoydu

Vardanyanın “zənginlik yolu” – Odioz milyarderin “biznes karuseli” necə fırlanıb? - ARAŞDIRMA

Türkiyə HƏMAS ilə danışıqlar aparacaq

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bütün xəbərlər