Siyasət

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda törətdiyi təxribat nəticəsində dəymiş ziyanın məbləği xüsusi komissiya tərəfindən araşdırılır. Həmçinin ziyanın hansı istiqamətlər üzrə dəydiyi və hansı sahələri əhatə etdiyi də nəzərdən keçirilir.

Mumtv.az bildirir ki,bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində rayona dəymiş ziyanın aradan qaldırılması ilə bağlı imzaladığı sərəncamı şərh edərkən deyib. Deputat bildirib ki, bu sərəncamın iki aspektdən böyük siyasi əhəmiyyəti var:

"Birincisi, ziyanın məbləği məlum olduqdan sonra ictimailəşdirilərək beynəlxalq təşkilatlara, bizim səfirliklərimiz olan ölkələrin rəhbərliyinə, ATƏT-in Minsk Qrupuna çatdırılacaq və Ermənistanın dinc əhaliyə qarşı törətdiyi vandalizm aktları dünyaya təqdim ediləcək. İkincisi isə düşmənə, onun xalqımızı məhvə sürükləmək səylərinə baxmayaraq, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olmasını, dəymiş ziyanın ən yüksək səviyyədə aradan qaldırılacağını və düşmənin heç bir halda xalqımızın iradəsini sındıra bilməyəcəyini sübut etməkdir”.

E.Nəsirovun sözlərinə görə, Tovuz müqaviməti bir daha ermənilərə sübut etdi ki, onlar təxribatçılıqla istəklərinə nail ola bilməyəcək:

"Düşmən gördü ki, xalqımız yumruq kimi birləşib və dövlət və vətəndaş birliyi hansı səviyyədədir. Ermənistan tərəfi döyüşdən qaçdı, mülki əhalini atəşə tutdu, sonra başqa dövlətləri köməyə çağırdı. Ali Baş Komandanın söylədiyi kimi, düşmən açıq döyüşdən qaçır, çünki qorxaq və acizdir. Silahsız dinc əhaliyə atəş açmaq onların xislətidir. Ermənistan döyüş zamanı Azərbaycan əhalisinin kəndləri tərk edib qaçdığına dair dezinformasiya yaydı. Həqiqətdə isə döyüş zonasından qat-qat uzaqda olan erməni kəndləri və şəhərləri boşaldılıb. Bununla da Ermənistan tərəfi özünün nə qədər qorxaq və yalançı olduğunu bir daha ortaya qoydu. Bunun müqabilində isə Azərbaycanda xalq və ordu arasında birliyin, bağın necə möhkəm olduğu bir daha sübuta yetirildi”.


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər