Siyasət
Erməni əsilli idmançılara qadağa — Xankəndinə gedə bilməyəcəklər
"DogruXeber.az” xəbər verir ki, bu barədə İstanbulda ermənicə nəşr olunan "Jamanak” qəzeti yazıb.
Qəzetin yazdığına görə, bunu Panerməni oyunlarının İstanbul komissiyasının sədri Aykaram Karasu bəyan edib.
O deyib ki, İstanbuldan olan idmançı qrupu Xankəndində keçiriləcək Panerməni idman oyunlarında iştirak etməyəcək.
Onun sözlərinə görə, erməni idmançıların həmin yarışda iştirak etməməsinin əsas səbəbi isə Türkiyənin regional məsələlərdə, xüsusən də Qarabağ münaqişəsində tutduğu mövqeyidir.
Türkiyənin Qarabağ məsələsində sərgilədiyi mövqeyə görə, komissiya erməni idmançıların Azərbaycanın işğal altında olan torpaqlaırnda keçirilən idman oyunlarında iştirakına razılıq verməyib. Bununla da komissiya idmançıları əlavə problem yaratmaq istəməyib.
Karasu onu da əlavə edib ki, erməni idmançılar bundan öncə cari ildə Ermənistanda keçirilən ümumerməni idman oyunlarında iştirak ediblər və onların həmin oyunda iştirakında hər hansı problem yaranmayıb./Ölkə.Az