Səhiyyə

Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Dünya ölkələrində yeni növ koronavirusla (COVID-19) əlaqədar statistikaya nəzər salsaq, onun hər yerdə sürətlə yayıldığını görərik. Hər ötən gün virusa yoluxanların sayında artım baş verir. Onun artmasının əsas səbəbi isə mövsüm dəyişikliyidir.

Mumtv.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib. O deyib: "Payız-qış mövsümündə kəskin respirator xəstəliklərin yayılmasının artımı dövrü sayılır. COVID-19 da kəskin respirator virus olduğuna görə bu artım gözlənilən idi. Hazırda qrip əleyhinə peyvəndləmə aparılır. Onun koronavirusa heç bir təsiri olmasa da, eyni zamanda, xəstə həm qrip, həm də COVID-19-a yoluxarsa, peyvənd edilməsi xəstəliyin gedişatının yüngül keçməsinə səbəb ola bilər”.

Virusa yoluxanların artması ilə əlaqədar olaraq xəstəxanalarda çarpayı sayı məhdudlaşır. Ona görə kimlərin evdə müalicə olunması və hansı dərmanlar qəbul etməsi ilə əlaqədar işçi qrupun üzvü deyib: "Əsasən evdə müalicəyə yüngül simptomlu və simptomsuz xəstələr cəlb olunur və onlar Səhiyyə Nazirliyi tərəfindən bir paket dərmanlarla təmin edilirlər. Bura S, D vitaminləri, maqnezium, hərarəti aşağı salan "Parasetamol” və digər dərmanlar aiddir. Xəstədə hansı əlamət varsa, həkim tərəfindən nəzarət edilir, yəni müalicələr tam fərdi xarakter daşıyır. COVID-19-un geniş yayılmasına baxmayaraq, onun letallıq dərəcəsi aşağıdır. Yəni, yoluxanların əksəriyyəti onu yüngül formada keçirir. Ona görə də ev şəraitində nəzarət altında olanların əksəriyyəti sağalır”.

Bəzən evdə müalicə olan xəstələr həkim göstərişi olmadan antibiotiklərdən istifadə edirlər. "Virus infeksiyalarında, ümumiyyətlə antibiotikdən istifadə etməyin heç bir səmərəsi yoxdur. Antibiotiklərdən yalnız xəstəliyin ağır formalarında istifadə etmək olar. Əgər virusa, yəni sətəlcəm, otit və ya digər bakterial infeksiya qoşulursa, onda antibiotikdən istifadə etmək lazımdır. Yüngül və simptomsuz xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır”, - deyə işçi qrupun üzvü bildirib.

Ev şəraitində müalicə alan xəstələri ən çox maraqlandıran məsələ onun sağalma müddətidir. Əgər 14 gün ərzində heç bir ağırlaşma yoxdursa, deməli sağalma baş verib. Dərmanlar və vitaminli qidalarla yanaşı, sağalmanın ən səmərəli yollarından biri də düzgün qidalanma və psixoloji cəhətdən ruh yüksəkliyinin olmasıdır.

Bu xəstələrin antibiotikdən istifadə etməsi qəti qadağandır

Son xəbərlər

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Bütün xəbərlər