İqtisadiyyat
İqtisadiyyat
Azərbaycanda əcnəbilər bank kartları ilə 302,7 mln. manat əməliyyat həyata keçirib
Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu ilin mart ayından etibarən Azərbaycana gələnlərin sayında azalma müşahidə olunub.
Mumtv.az bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.
Onun sözlərinə görə, bunun nəticəsində 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkədə apardıqları əməliyyatların həcmi 23 mln. manat təşkil edib.
"2020-ci ilin yanvar-iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb”, - deyə N. Hacızadə qeyd edib.
(Aqreqator.az)