Rusiya və Türkiyə arasında çarter reyslərinin bərpa olunmasından (10 avqust) sonrakı bir həftədə Antalya şəhərinə 111 min Rus turist gəlib.
Mumtv.az "Finans.az”-a istinadən xəbər verir ki, bu barədə Antalya Beynəlxalq Hava Limanının statistikasında bildirilib.
Hava mərkəzinin baş direktoru Bilgikhan Yılmazın sözlərinə görə, Antalyaya kurorta gələn ümumi turistlərin 60%-ni ruslar təşkil edir.
2020-ci ilin sonuna nə qədər rus turistin gələcəyi ilə bağlı proqnozlarını açıqlayan Türk Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz Baglıkaya bildirib ki: "Bu il Türkiyəyə 1,8 mln rus turistin ziyarət edəcəyini gözləyirik”.
Antalya şəhər məclisinin turizm üzrə işçi qrupunun sədri Rəcəb Yavuz isə bildirib ki, fors-major hal baş verməzsə, bu il Antalya 4-4,5 milyon xarici turist qəbul edəcək, əksəriyyəti təqribən 2-2,5 milyonunu isə ruslar təşkil edəcək.