İdman
İdman
“İnter” polşalı hücumçu üçün danışıqlara başladı
İtaliyanın "İnter” klubu Arkadiuş Milikin transferi ilə bağlı danışıqlara start verib.
Mumtv.az bildirir ki, Milan təmsilçisi "Napoli”nin polşalı hücumçusunu yanvarda heyətinə qatmağı planlaşdırır.
Milikin Neapol klubunun planlarına uyğun gəlmədiyindən komandasını dəyişəcəyi gözlənilir. Baxmayaraq ki, danışıqların ilkin mərhələsi müsbət nəticələnməyib.
(Apa.az)