İdman
İdman
“Neftçi” üçün yeni sponsor
"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.
Mumtv.az bildirir ki, klubla "Nobel İlaç” əczaçılıq şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər 1 illik müqaviləyə imza atıb.
Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. "Neftçi TV” və kluba məxsus sosial media səhifələrində "Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanları yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.
(Qafqazinfo.az)