İdman
İdman
Bekhemin klubunu cərimə gözləyir
İngiltərə millisinin sabiq üzvü Devid Bekxemə məxsus Amerikanın "İnter Mayami” klubu cərimələnə bilər.
"MUMTV.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, klub zərərli tullantıların olduğu yerdə stadion tikdiyinə görə 50 milyon avro cərimə oluna bilər.
"The Sun” nəşrinin verdiyi məlumata görə ərazidə torpağın 15 sm altında zərərli tullantılar var. Həmçinin bildirilib ki, əraziyə uzun müddət şəhərin tullantıları atılıb. Araşdırmalar nəticəsində məlum olub ki, stadionun tikildiyi yerdə zərərli tullantılar normadan 2 dəfə artıqdır.