İdman
Azərbaycan çempionatı 165 gündən sonra başlayır
Futbol üzrə Azərbaycan Premyer Liqasında 165 günlük fasilə başa çatır.Mumtv.az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu gün 2020/21 mövsümünə start veriləcək.
29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçiriləcək. Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gələcəklər.
Günün ikinci oyunu Avroliqadakı digər təmsilçimiz "Neftçi” ilə indidən autsayder hesab olunan "Səbail” arasında baş tutacaq.
Qeyd edək ki, ilk tur çərçivəsində avqustun 22-də "Qarabağ” – "Sabah”, 23-də isə "Qəbələ” – "Zirə” qarşılaşmaları da baş tutacaq.
Azərbaycan Premyer Liqası
1-ci tur
21 avqust
18:30. "Sumqayıt” – "Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı.
"Sumqayıt Arena”.
20:30. "Neftçi” – "Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov.
Bakı. 8-ci km stadionu.