İdman
İdman
Çempionlar Liqası finalı İstanbuldan alınır

UEFA Çempionlar Liqasının finalını İstanbulda keçirməyəcək. Mumtv.az bildirir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Səbəb isə Türkiyə Futbol Federasiyası və qitə futbol qurumu arasında yaranan anlaşılmazlıqdır. Belə ki, Türkiyə tərəfi qarşılaşmanın azarkeşsiz oynanılmasını istəyir, UEFA isə bununla razılaşmır.
Bu səbəbdən final başqa şəhərdə keçiriləcək. Lakin razılaşmaya əsasən növbəti mövsüm ÇL-in həlledici qarşılaşması İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Qeyd edək ki, TFF prezidenti Nihat Özdemir Çempionlar Liqasının finalının azarkeşsiz keçirilməsinə qarşı olduqlarını açıqlamışdı. Bu barədə qərar isə iyunun 17-də veriləcək.
(Qafqazinfo.az)