Hadisə
Hadisə
Məktəbdə dəhşətli yanğın - 30 şagird öldü
Liberiyanın paytaxtı Monroviyada dəhşətli hadisə baş verib.
"MUMTV.az” xarici KİV-ə istinadən xəbər verir ki, Peynsvilla rayonunda məktəblərdən birində başlayan yanğın nəticəsində iki müəllim və azı 26 şagird ölüb.
Ölənlərin sayının artacağı istisna olunmur və hadisənin səbəbi hələlik məlum deyil.
Liberiya prezidenti Corc Vea "Twitter” səhifəsində ölənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.