Hadisə
Hadisə
Qaxda qəza - 3 nəfər yaralandı
Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə nazirliyindən MUMTV.az-a daxil olan məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda yaralıların müalicəsi davam edir./Qafqazinfo