Hadisə
Hadisə
Bakıda faciə: körpə səkkizinci mərtəbədən yıxılıb öldü
Bakıda dörd yaşlı körpə səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb.
Hadisə Sabunçu rayonunda baş verib və körpə vəfat edib.
Bu barədə MUMTV.az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.
Məlum olub ki, Bakıxanov qəsəbəsində, 9 sentyabr saat 18:00 radələrində valideynlərin nəzarətindən yayınan 2015-ci il təvəllüdlü körpə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır./Oxu.az