Hadisə
Koronavirus xəstəsi olan ata-oğul evi tərk etdi - FOTO
Qubada koronavirusa yoluxan kənd sakinləri yaşayış yerini tərk edib.
Mumtv.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupuna istinadən xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstələri, rayonun Hacıhüseynli kənd sakinləri Kamal Abdurahmanov və oğlu Seymur Abdurahmanov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan ata və oğul karantin qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk ediblər. Onların yaşadıqları evi tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə K.Abdurahmanov və S.Abdurahmanov yaşadıqları evə qaytarılıblar.
Hər iki şəxs barəsində Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq araşdırmalar aparılır.