Hadisə
Hadisə
Göyçayda ağır qəza - Yaralılar var
Göyçay rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Kanal14.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.