Hadisə
Hadisə
Bakıda qəsəbə sakini bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi olub.
Mumtv.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisindən qəsəbə sakini A.Əlixanovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 15-ci Polis Bölməsinə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən A.Şahverdiyev müəyyən edilərək saxlanılıb.