Hadisə

Respublika 1 saylı Psixiatriya Xəstəxanasında korrupsiya oyunu
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
Azərbaycan Respublikası 1 saylı Respublika Psixiatriya Xəstəxanası ölkəmizdə psixiatrik xidmətin təşkil olunduğu ən böyük müəssisədir. Lap çoxdan xalq arasında "Məştağa psix xəstəxanası” adlandırırdı.
Müəssisə ilk dəfə 1936-cı ildə Sabunçu rayonunun üzümçülük massivində, "Ləhiş bağları” deyilən ərazidə iranlı milyonçunun iki mərtəbəli 40 çarpayılı 3 saylı Psixiotriya xəstəxana kimi fəaliyyət göstərirdi. Ancaq xeyli müddət baxımsız qalan xəstəxana 2008-ci ildə yenidən canlanmağa başladı. 2009-cu ildə isə şöbələr əsaslı şəkildə təmirə başladı. Yeni korpuslar tikildi.
Bu xəstəxanada Türkiyə ilə yanaşı Avropa ölkələrində də elmi təcrübə keçmiş çoxlu sayda həkim psixiatorlar fəaliyyət göstərir. Xəstəxana 26 korpusdan müvafiq sahələr üzrə 30 şöbədən ibarətdir.
Bütün bunlar təqdirə layiqdir.
Çox təəssüf ki, bu xəstəxanada vəzifələrindən sui istifadə edən həkim psixiatorlar hələdə fəaliyyətdədir. Sosial şəbəkələrdə, xəbər portallarında xəstəxanadakı neqativ hallardan ibarət yazılara çox rast gəlinir.
Bu yaxınlarda redaksiyamızın əməkdaşı Psixiatriya Xəstəxanasına səfər etmişdir. O, təsadüfən 40-45 yaşlarında qadının çox üzgün vəziyyətdə dayandığını müşahidə etdi. Qadına yaxınlaşaraq, niyə pərişan olduğunu sordu. Qadın ona, onun 26 yaşlı oğlu Quliyev Qələmirzənin illərlə ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirir. Anasının dediyinə görə vaxtı ilə Qələmirzə idmançı olub və ölkəmizi təmsil edib. Aldığı travmadan beynində problemlər əmələ gəlmiş və ruhi xəstəliyə gətirib çıxarmışdır. İndi oğlu Qələmirzə, 12-ci dəfədir ki, xəstəxanada yatır və hər dəfə onun yatdığı IX korpusun şöbə müdiri Şahanə həkim ondan pul tələb edir. İki övladı və əri yataq xəstəsi olan qadın bildirdi ki, iki saatdır dayanmışam və qapıda dayanan polislər adı bir telefon zəngini Şahanə həkimlə yaratmırlar. Əməkdaşımız valideynə kömək məqsədi ilə polisdən xahiş edərək ona Şahanə həkimlə danışmağa şərait yaratdı. Sonra isə əməkdaşımız qadından onun həkimlə danışa bilib bilmədiyini soruşdu. O isə bildirdi ki, əlaqə saxladı və Şahanə həkim ondan pul istədi. Qadın isə ona üzərində 20 manatın olduğunu bildirib. Şahanə həkim pul adı eşidən kimi heç 2 dəqiqə çəkmədi ki, IX korpusda işləyən "medbratı” göndərdi. Qadın ona yaxınlaşaraq əlindəki sovqatı və pulu verdi ki, bunu Şahanə həkimə çatdırsın.
Təcrubəli əməkdaşımız dərhal bu hadısələri öz telefonuna yazmışdır. Həmin materiallar araşdırılması üçün lazımi orqanlara təqdim olunacaqdır.
P.S. Bütün bu hadisələr ölkəmizdə qızğın müharibənin getdiyi bir ərəfədə baş verib. Çox təəssüf ki, hələdə bizim ölkəmizdə dildə Hippokrat andı içən, daxilən isə pula sitayiş edən həkimlər mövcuddur. Əməkdaşımız həkimlə telefon əlaqəsi saxlayaraq bu hadisə barədə münasibət bildirməyini xahiş etdi. O isə bütün bunların şər böhtan olduğunu bildirərək "bizimdə yuxarıda adamlarımız var” deyərək, "nə istəyirsiz edin” cavabını verib.
Görəsən Şahanə həkimin güvəndiyi şəxs kimdir?! Bəlkə elə oranın baş həkimi Rəsulov Agahəsəndir?! Hələ bu xəstəxanada, aldığımız məlumata görə nələr baş verdiyinin təfərrüatları gələn yazılarımızda ətraflı işıqlanacaq.
(Relaxeber.org)

Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər