Hadisə

Azərbaycanda 51 COVID-19 xəstəsi barəsində cinayət işi başlanıldı
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə "Covid-19" virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılır.

DogruXeber.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istindən xəbər verir ki, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülür, "Covid-19" virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılır.

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, "COVID-19" xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub. Noyabrın 22-də və 23-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda 30, Gəncə, Sumqayıt, Şirvan şəhərləri, eləcə də Goranboy, Şabran, Zaqatala, Sabirabad, Biləsuvar, Quba, Qusar, Cəlilabad və Saatlı rayonlarında isə 21 aktiv "COVID-19" xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid ediliblər.

Hər bir fakt üzrə müvafiq rayon polis idarə və şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Son xəbərlər

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bütün xəbərlər