Hadisə
Hadisə / Dünya
Timsah qızı PARÇALADI - Yerli adət səbəb oldu
Hindistanın Qucarat ştatında, Gir meşəsində yerləşən kəndin yaxınlığında timsah 15 yaşlı qızı parçalayıb.
Belə ki, hadisə qız çayda qab yuyarkən digər qadının gözü önündə baş verib. Timsahın hücumuna məruz qalan qızı xilas etmək mümkün olmayıb. Onun meyiti bir neçə saat sonra tapılıb.
Qeyd olunur ki, həmin kənddə qədim maldxari xalqı yaşayır. Burada su təchizatı olsa da, adətə görə, qabları timsahlar olan çayda yuyurlar.
Hökumət hadisə yerində timsah tələləri qurub. Timsah tutulsa, onu sadəcə olaraq yaşayışdan uzaq məkana aparıb azadlığa buraxacaqlar.
Mənbə:"The Indian Express"