Hadisə
Hadisə / Dünya
"Ölən" uşaq dəfn olunarkən DİRİLDİ
Hindistanın Assam ştatında ölü olduğu zənn edilən uşaq dəfn mərasimində tərpənməyə başlayıb.
Valideynlər iki aylıq xəstə uşağı yerli xəstəxanaya gətirdikdə nə həkim, nə tibb bacısı xəstəxanada olmayıb. Uşağı əczaçı müayinə edərək körpənin öldüyünü deyib.
Uşaq dəfn hazırlıqları zamanı anasının qucağında tərpənməyə başlayıb.
Valideynlər yenidən körpəni xəstəxanaya aparıblar. Həkimlər uşağı daha böyük tibb müəssisəsinə köçürmək qərarına gəliblər, lakin o, yolda keçinib.
Həmin günün səhəri uşağın valideynlərinin çalışdığı çay plantasiyasında işləyən təxminən 1200 işçi yerli xəstəxananın qarşısında toplaşaraq etiraz ediblər. Aksiya polis bölməsinin qarşısında davam edib. Etirazçılar səhv diaqnoz qoyan əczaçının həbs olunmasına nail olublar.
Mənbə:"The Times of India"