Hadisə
Hadisə
MTK rəhbəri bir mənzili bir neçə nəfərə satdı, 10 il iş verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
MUMTv.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub./Oxu.az
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb.
Ümumilikdə, T.Namazov 18 mənzili 31 nəfərə satıb və onlara 568 min manatlıq ziyan dəyib.