"Səbail”in CAR-dan olan futbolçusu Hendrik Eksteynin valideynləri avtomobil qəzası keçiriblər.
Mumtv.az bildirir ki,bu barədə Oxu.Az-a "Səbail”in mətbuat xidmətinin rəhbəri Töhrə Əhmədova bildirib.
Onun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi sabah Azərbaycanda olacaq:
Hendrik bizə əvvəlcədən avqustun 23-də Bakıya gələcəyini dedi. Yəni, onun ilk turun "Neftçi” ilə oyununa yetişməyəcəyini əvvəlcədən bilirdik. İnşallah, o, II turun görüşündə meydanda olacaq”.
Qeyd edək ki, Hendrik Eksteyn yanvarda "Sabah” klubundan "Səbail” klubuna keçib.