Hadisə
Hadisə / Dünya
Türkiyənin Ağrı vilayətində 4 terrorçu zərərsizləşdirilib
Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda havadan müdafiə qüvvələrinin də iştirakı ilə həyata keçirilən əməliyyatda 4 terrorçu zərərsizləşdirilib.
Mumtv.az bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik tərəfindən edilən açıqlamaya görə, Ağrı İl Təhlükəsizlik Müdirliyi və İl Jandarma Komandanlığının kəşfiyyat əməliyyatı çərçivəsində həyata keçirilmiş əməliyyat nəticəsində Jandarma Komandanlığı və Jandarma Xüsusi Əməliyyatlar bölmələri tərəfindən Doğubəyazit ərazisində silahlı 4 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyat davam edir.
(Ona.az)