Hadisə

Səbail rayonu, Əlibəyov qardaşları küçəsi 42, mənzil 9-da yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a bildirilib ki, məlumat daxil olan kimi Səbail rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı həmin ünvanda yaşayan Səfərəli Mikayılov və onun həyat yoldaşı Yeganə Mikayılovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdikləri məlum olub.

Qeyd edək ki, ev sahibləri polis əməkdaşlarını görən kimi əvvəlcə bu fəaliyyətlə məşğul olmadıqlarını bildiriblər. Hətta onlar mənzildə olan azyaşlıları hamam otağında gizlədərək məsuliyyətdən yayınmağa da çalışıblar. Amma polis əməkdaşlarının ortaya qoyduqları təkzibedilməz sübutlar qarşısında Səfərəli Mikayılov və Yeganə Mikayılova etdikləri qanun pozuntusunu etiraf ediblər. Mənzilə baxış zamanı 7 azyaşlı uşaq müəyyən edilib və onların valideynləri təhvil veriliblər. Bağçanın sahibləri saxlanılaraq Polis Bölməsinə aparılıblar. Həmin şəxslərə ciddi xəbərdarlıq edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri ayrı-ayrılıqda 400 manat məbləğində cərimə ediliblər.

Qeyd edək ki, övladlarının sağlamlıqlaını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar cərimə olunublar.


Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər