Hadisə
Hadisə
Maşın təmir sexindən pul oğurlandı
Bakıda avtomobil təmir sexindən pul oğurlanıb.
Mumtv.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən 1600 manat pul oğurlanıb.
Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.