Hadisə
Hadisə
Baş məşqçi koronavirusa yoluxdu
Qətərin "Əl-Sədd” klubunun baş məşqçisi Xavi Ernandes koronavirusa yoluxub.
Mumtv.az bildirir ki, bu barədə X.Ernandes sosial şəbəkədə paylaşım edib.
O, koronavirus testinin nəticəsinin müsbət olduunu bildirib:
"Protokola uyğun hərəkət edəcəyəm. Tam sağalana qədər karantində qalacağam. Hamını qucaqlayıram. Tezliklə futbol meydanlarında görüşənədək”.
Xatırladaq ki, X.Ernandes İspaniya millisinin və "Barselona”nın sabiq futbolçusudur.