"Yezidi Rafo” və ya "Raf Krasnodarski” ləqəbi ilə daha yaxşı tanınan "qanuni oğru” Rafiq Amoyan 57 yaşında İrəvanda ölüb.
Mumtv.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Prime Crime” ixtisaslaşmış nəşri yayıb.
Qeyd olunur ki, "kriminal general” qaraciyər sirrozundan dünyasını dəyişib.
Əvvəllər dəfələrlə məhkum olan İrəvan əsilli, milliyətcə yezidi olan Rafiq Amoyan 1988-ci ildə taclanıb.
Sonuncu dəfə Rafo beş il yarım müddətinə həbs olunub, Krasnodar şəhərinin Pervomaysk Məhkəməsi onu narkotik alverinə görə məhkum edib.
Amoyan cəzasını Başqırdıstan və Ulyanovsk bölgəsində, o cümlədən Dimitrovqrad həbsxanasında keçirib və 2014-cü ildə sərbəst buraxılıb.
2016-cı ildə "Yezidi Rafo” Ukraynadan son günlərinə qədər yaşadığı Ermənistana deportasiya edilib.