Hadisə
Hadisə
"Sabunçu bazarı"nda gizli işləyən kafe: 8 qadın saxlanıldı - FOTO
=
Bakının Sabunçu rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.
Mumtv.az Lent.az -ın məlumatına əsasən bildirir ki, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.
Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib