Hadisə
Hadisə / Dünya
Rusiyada dəhşətli yanğınlar: vəziyyət kritikdir
Yakutiyada 300 min hektar ərazini əhatə edən 90 meşə yanğını 6 rayonun vəziyyətini gərginləşdirir.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.
"Sutka ərzində 24 yeni yanğın ocağı meydana gəlib və yanğının sahəsi 319.5 hektar artıb. Verxoyansk, Jiqansk, Mirninsk, Srednekolımsk, Tompsonsk və Eveno-Bıtantaysk rayonlarında vəziyyət olduqca ağırdır. Eveno-Bıtantaysk rayonunda bu gündən başlayaraq FHN-in aviasiyasını işə salmağı planlaşdırırıq”, - məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda yanğının söndürülməsinə 897 canlı qüvvə və 97 texnika cəlb olunub.