Hadisə
Hadisə / Dünya
Matç zamanı 19 futbolçu koronavirusa yoluxdu
Bolqarıstan futbol çempionatının matçı zamanı həkimlərin səhvi ucbatından futbolçular arasında koronavirusa kütləvi yoluxma baş verib.
Mumtv.az "Sportstar"a istinadən xəbər verir ki, hadisə iyulun 2-də ev sahibi Tsarsko Selo və Çerno More (1: 4) oyununda baş verib. Mənbənin verdiyi məlumata görə, meydan sahiblərinin müdafiəçisi Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ nəticələnib və o oyuna start heyətdə başlayıb.
Matçdan sonra Tsarskoe Selo klubunun 3 oyunçusunda koronavirusa yoluxma faktı aşkarlanıb. Çyornoe More klubu isə oyunçuların arasında 16 nəfərin yoluxduğunu bildirib.
Kavdanskini testdən keçirən laboratoriya əməkdaşları səhv etdiklərini etiraf ediblər.