Hadisə
Hadisə / Dünya
İrəvanda “soyqırım” abidəsi belə yanır – Video
İrəvanda ermənilərin qondarma "soyqırım” abidəsi sayılan "Tsitsernakabert” parkında güclü yanğın baş verib.
Mumtv.az bildirir ki,yanğını İrəvanın bir çox hissələrindən görmək olub.
Gecə saatlarında başlayan yanğınla bağlı Ermənistan Fövqəladə Hallar naziri Feliks Çolakyan bildirib ki, "soyqırım” abidəsi - Çiçernakaberd kompleksinin yanında, Karen Dəmirçiyan idman-konsert kompleksindəki yanğının səbəbi atəşfəşanlıq olub.
Yanğın yerinə 20 briqada cəlb edilib və gecə lokallaşdırılıb.
Yanğın 21 hektar ərazini əhatə edib.
(Axar.az)