Hadisə
Hadisə
Dünən yol qəzalarında 3 nəfər ölüb
Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 23 cinayətin üstünü "isti izlər”lə açıblar.
Mumtv.az bildirir ki,Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.