Hadisə
Hadisə
Ağdaş sakinini cərəyan vuraraq öldürüb
Ağdaş sakini bədbəxt hadisə nəticəsində ölüb.
Mumtv.az bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Yolçuyev Bulud Ağamir oğlu yaşadığı evdə elektrik cihazını təmir edərkən onu cərəyan vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.